AŞPA məruzəçisi təmas xəttinə səfər edəcək

AŞPA-nın “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məsələsi üzrə məruzəçisi,…

AŞPA-nın “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter Dağlıq Qarabağa – təmas xəttinə fakt-araşdırıcı səfər edəcək. Bu barədə Trend AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

Səfər 15-16 sentyabr tarixlərində Azərbaycanın nəzarətində olan ərazilərdə baş tutacaq.

Təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.

 

/Trend/