“Ermənistan etiraz edənlərin haqlarına hörmətlə yanaşmalıdır”…
“Ermənistan etiraz edənlərin haqlarına hörmətlə yanaşmalıdır”.
ATƏT-in demokratik İnstitutlar və insan haqları üzrə Bürosunun direktoru Mixael Georq Link Ermənistan hakimiyyətini İrəvan mərkəzində dinc aksiyaların keçirilməsi üçün yığılmış insanların azadlıq hüququna hörmətlə yanaşmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında bildirilib.
“Ermənistan bütün ATƏT-in iştirakçı dövlətləri kimi üzərinə dinc toplantıların əsas azadlıqlarını müdafiə etmək məsuliyyəti götürüb və indi tam olaraq İrəvanda etiraz aksiyası keçirənlərin haqlarına hörmətlə yanaşmalıdır”, – DİİKB direktoru bəyan edib və əlavə edib ki, suatanlardan istifadə edilməsi və həbslər ciddi narahatçılığa səbəb olur.
Qüvvənin tətbiq edilməsinə və ya saxlanılmaya dair bütün bəyanatlar təcili surətdə dəqiq və qərəzsiz tədqiq edilməlidir, bu təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün lazımdır”, Link sözünü yekunlaşdırıb.