ATƏT-in Minsk Qrupunun həmsədrləri Almaniyaya toplaşır

Rəsmi şəxslərlə görüşlər keçiriləcək…

Rəsmi şəxslərlə görüşlər keçiriləcək.

ATƏT-in Minsk Qrupunun növbəti görüşü Berlində baş tutacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter səhifəsində yazıb.

“Bu gün Berlinə yola düşürəm. Həmsədrlər Almaniyanın rəsmi şəxsləri ilə görüşüb Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər,” Uorlik qeyd edib. 

www.oxu.az