ATƏT PA Dağlıq Qarabağda monitorinq aparmır

“ATƏT-in Parlament Assambleyası (PA) təşkilata üzv olan ölkələrdə parlament seçkilərinin monitorinqini aparır. Dağlıq Qarabağ isə ATƏT-in üzvü deyil “….

“ATƏT-in Parlament Assambleyası (PA) təşkilata üzv olan ölkələrdə parlament seçkilərinin monitorinqini aparır. Dağlıq Qarabağ isə ATƏT-in üzvü deyil “.

Bu barədə Trend-ə ATƏT PA-nın mətbuat xidmətindən separatçı rejimin sentyabrın 13-də qondarma “seçkilər ” keçirməyə qərar verməsi barədə məlumatı şərh edərkən bildirilib.

Qeyd olunub ki, ATƏT PA ATƏT-in Minsk qrupunu və onun münaqişənin sülh yolu ilə tənzimləmək səylərini dəstəkləyir.

 

/Trend/