AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı müsabiqə haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilir.
Müsabiqənin məqsədi – AVCİYA-nın “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə geniş oxucu və tamaşaçı kütləsinin marağını formalaşdırmaqdan, səsvermə prosesini stimullaşdırmaqdan və aksiyanın əhəmiyyətliliyini qabartmaqdan ibarətdir.
2. Müsabiqənin iştirakçıları
Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.
3. Müsabiqə 2 nominasiyada keçirilir:
3.1. Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;
3.2. Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.
4. Müsabiqənin keçirilmə qaydası
4.1. Müsabiqədə 6 aprel 2016-cı ildən 15 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).
4.2. Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.
4.3. Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.
5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:
5.1. Çap Kütləvi İnformasiya Vasitələri:
Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.
5.2. Televiziya:
Materialın internetdəki linki elektron poçta göndərilir.
5.3. Radio:
Materialın internetdəki linki elektron poçta göndərilir.
5.4. İnternet nəşrlər:
Materialın linki elektron poçta göndərilir.
5.5. Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:
Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,
Müəllifin adı, soyadı və atasının adı,
əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,
anadan olduğu tarix (il, ay və gün).
Dərc olunmuş media orqanının adı.
Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.
6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması
6.1. Müsabiqəyə 2016-ci ilin may ayında yekun vurulacaq;
6.2. Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:
2 – I yer – 750 manat
2 – II yer – 500 manat
4 – III yer – 250 manat.
7. Müsabiqəyə təqdim ediləcək materiallar [email protected] elektron ünvanına göndərilməlidir.
Əlaqə telefonu: 050 244 20 76