AVCİYA referendumla əlaqədar monitorinqin nəticələrini açıqlayıb

AVCİYA referendumla əlaqədar monitorinqin nəticələrini açıqlayıb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) referendumla əlaqədar hesabat konfransı keçirib.

APA-nın məlumatına görə, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat 3000 müşahidəçi ilə referendumun monitorinqini aparıb: “Hələ avqustun 26-dan başlayaraq bölgələrdə referendumla bağlı seminar keçirmişik. Dünən isə müşahidəçilər seçicilərlə sorğu aparıb. Həmin sorğu əsasən seçici fəallığı və qanun pozuntusunun olub-olmaması ilə bağlı olub”.

Sonra. M. Zülfqarlı təşkilatın bəyanatını elan edib. O qeyd edib ki, 65 seçki dairəsində aparılan monitorinq nəticəsində səsvermənin ədalətli keçirildiyi barədə qənaətə gəlinib: “Referendum günü ölkə üzrə seçici fəallığı yüksək olub. Bəzi texniki çatışmazlıqlar istisna olmaqla, qanun pozuntusu aşkarlanmayıb. Referendum şəffaf və demokratik keçirilib”.

Apa.az