Avropa İttifaqı Putinə görə Ərdoğana təzyiq göstərir

Avropa diplomatları dekabrın 8-9-da Ankaraya səfər edəcəklər…

Avropa diplomatları dekabrın 8-9-da Ankaraya səfər edəcəklər.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları dəstəkləmək üçün Türkiyəyə təzyiq göstərmək niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə dekabr ayının 7-də “Reuters” Aİ-dən olan diplomatik mənbəyə istinadən bildirib.

“Ankaraya səfər qabağı Avropa İttifaqının diplomatiya rəhbərləri Federika Moqerini, Aİ Avropa siyasəti və qonşuluq üzrə komissarı Yohansen Han və humanitar yardım və böhranları idarə üzrə avrokomissar Xristos Stilianidis Türkiyə hakimiyyətini antirusiya sanksiyalarına qoşulmağa razı salacaqlar”, agentlik bildirib.    

Əgər Ankara bundan imtina edərsə, nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti ilə Rusiya Federasiyasının Aİ-yə qarşı cavab olaraq yürütdüyü sanksiyaları istifadə etməmək barədə razılığa gəlməyə çalışacaq.  

Avropa diplomatları 8-9 dekabr tarixində Türkiyədə olacaqlar. Səfərin məqsədi qeyd edildiyi kimi Ankara və Brüsselin münasibətlərinin mühümlüyünü nümayiş etdirilməsidir. Eləcə də Aİ Türkiyənin Suriyadan olan qaçqınların qəbulu üzrə məsələdə yardımı fəallaşdırmaq niyyətindədir.  

Dekabrın 1-də Rusiya Federasiyasının prezidenti Ankarada səfərdə olub. Ərdoğan ilə danışıqlar nəticəsində Putin “Cənub axını” qaz kəmərinin tikilməsinə etirazını və Türkiyəyə yeni boru kəmərin tikiləcəyini, eləcə də iki dövlət arasında mal dövriyyəsinin artırılması barədə planları bəyan etdi.

www.oxu.az