Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma “seçkilər “i tanımır….
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda qondarma “seçkilər “i tanımır.
Bunu Trend-ə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mayya Kosyançiç separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Aİ Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər “in legitimliyini tanımır və bu “seçkilər ” Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi prosesinə zərər vura və danışıqlar prosesinə təsir göstərə bilməz.
/Trend/