Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub…
Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.
Səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirə aparılmasıdır.
M. Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.