May ayının 22-də bütün Avropa İttifaqı ölkələrində Avropa Parlamenti üzvlüyünə seçkilər keçiriləcək…
May ayının 22-də bütün Avropa İttifaqı ölkələrində Avropa Parlamenti üzvlüyünə seçkilər keçiriləcək.
Lent.az-ın məlumatına görə, Böyük Britaniya Avropa Parlamentində təmsil edəcək deputatlardan biri də Azərbaycanlı ola bilər.
Belə ki, Londonda yerləşən Milli Liberal Partiyasının (National Liberal Party) namizədləri sırasında Cənubi Azərbaycan əsilli Araz Yurdsevənin də adı yer alıb.
NLP yetərli səs alacağı təqdirdə B.Britaniyanı Avropa Parlamentində təmsil edəcək deputatlardan biri də azərbaycanlı olacaq.
/Lent.az/