Avropa Parlamentinin üzvü işğal olunmuş Dağlıq Qarabağa səfər etdi

Avropalı qonaqlar separatçı rejimin başçısı ilə görüşüblər…

Avropalı qonaqlar separatçı rejimin başçısı ilə görüşüblər.

Avropa Parlamentinin üzvü Frank Engel və “Ermənistanın Avropalı Dostları” təşkilatının direktoru Eduardo Lorezo Oçoa Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanın saytında məlumat verilib.

Avropalı qonaqlar B.Saakyanla görüşərək əlaqələrin inkişafını müzakirə ediblər.

www.oxu.az