Avstriya Azərbaycana yeni səfir təyin etdi

Yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək…

Yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.

Avstriya Azərbaycana yeni səfir təyin edib.

Oxu.Az Milli.Az istinadən xəbər verir ki, Avstriyanın Azərbaycandakı səfirliyindən bildirilənə görə, bu vəzifəyə Mag. Aksel Vex təyin olunub.

Aksel Vex Azərbaycanda diplomatik fəaliyyətinə bu il dekabrın 1-dən başlayacaq.

Avstriyanın Azərbaycandakı yeni səfiri bu vəzifədə Silvia Mayer-Kaybiçi əvəz edəcək.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Aksel Vex 1992-ci ildə Qrats Universitetində hüquq üzrə ali təhsil, Mag.iur. elmi dərəcəsini alıb. 1998-1999-cu illərdə Avstriyanın Brüsseldəki səfirliyində attaşe kimi fəaliyyət göstərib. O, 1999-2000-ci illərdə Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirlikdə, Avstriyanın Yeni Dehlidəki və Braziliyadakı səfirliklərində fəaliyyət göstərib. 2005-cı ildə Şri-Lankada sunami ilə bağlı yardım əməliyyatına rəhbərlik edib.

Azərbaycana təyin olunmamışdan öncə – 2010-cu ilin dekabrından isə Avstriyanın İslamabaddakı səfiri kimi fəaliyyət göstərib.(Trend)

www.oxu.az