Avstriya qondarma “erməni soyqırımı”nı tanıdı

Sənədi bütün altı fraksiyanın nümayəndələri imzalayıb…

Sənədi bütün altı fraksiyanın nümayəndələri imzalayıb.

Avstriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb və pisləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Der Spiegel məlumat yayıb. 

Deputatlar həmçinin Türkiyəyə çağırış ediblər.

“Ankara qaranlıq tarixə aydınlıq və işıq salmalı, Osmanlı İmperiyasında ermənilərə qarşı cinayətləri soyqırım kimi tanımalıdır”, – Avstirya parlamentinin bəyanatında deyilir. 

Sənədi bütün altı fraksiyanın nümayəndələri imzalayıb. 

Deputatlar etiraf ediblər ki, baş verənlərlə bağlı tarixi məsuliyyətin müəyyən hissəsi Avstriyanın da üzərinə düşür. Belə ki, Avstriya-Macarıstan Birinci dünya müharibəsində Osmanlı İmperiyasının müttəfiqi olub. 
 
www.oxu.az