Avtomobil yollarının vahid dövlət reyestri aparılacaq

Prezident müvafiq fərman imzalayıb…

Prezident müvafiq fərman imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, qərara alınıb ki, “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.8-2-ci bənd əlavə edilsin:

“8.8-2. Avtomobil yollarının vahid dövlət reyestrini aparmaq”.

Bununla da Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.

www.oxu.az