Azərbaycan ordusunun vurduğu erməni Mi-24 helikopterinin texniki göstəriciləri

Qeyri-rəsmi adı “Stəkan”, “Timsah”…

Qeyri-rəsmi adı “Stəkan”, “Timsah”.

Bu gün cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan ordusu tərəfindən ermənilərə məxsus Mi-24 döyüş helikopteri vurulub.

Oxu.Az vurulan helikopterin taktiki-texniki göstəricilərini təqdim edir.  
 
Mi-24 helikopteri (ixrac variant – Mi-35) M.L. Mil adına Moskva vertolyot zavodu (MVZ) tərəfindən yaradılıb və dünyada bu sinifdən olan ən məşhur helikopterlərdən biridir.

Onun yaradılması üzrə işlər 1968-ci ildə başlayıb, ilk uçuşunu 1969-cu ildə keçirən helikopter 1972-ci ildə sovet ordusunun silahlanmasına qəbul edilib.
 
Ümumilikdə bu tipli 3500 helikopter buraxılıb. 30-dan çox ölkənin silahlanmasında olan Mi-24 Əfqanıstanda, Çeçenistanda, həmçinin Qarabağda gedən döyüş əməliyyatlarında istifadə olunub.  
 
Qeyri-rəsmi adı “Stəkan”, “Timsah”.
 
Mi-24 tipli çoxməqsədli helikopter geniş sayda tapşırıqları yerinə yetirməyə qadirdir. Helikopter zirehli və zirehsiz, kiçik ölçülü və sahə hədəflərini, suüstü, azsürətli və alçaqdan uçan hava hədəflərini, həmçinin ön xətdə və taktiki dərinlikdə düşmən qoşunlarını məhv etməyə, marş zamanı qoşunları müşayiət etməyə və düşmən müdafiəsinin dərinlikdə fəaliyyət göstərməyə qadirdir. Kifayət qədər böyük yük kabinəsi helikopterdən nəqliyyat-desant, nəqliyyat və sanitar variantlarında istifadə etməyə imkan verir. 

Mi-24 şəxsi silahı ilə birlikdə 8 desant, yaxud 4 yaralı (2-si xərəkdə) daşıya bilər. Helikopter göyərtəsində 1500 kq-dək, xarici asqılarda isə 2400 kq-dək yük götürə bilər. 

Helikopter hədəfləri məhv etmək üçün müxtəlif növ raketlər, iriçaplı pulemyotlarla təchiz oluan bilər.

Qanadlarından silah asmaq üçün istifadə olunur. Helikopterdə 2200 at gücündə TVZ-177 tipli iki turbovallı qaz turbinli mühərrikdən istifadə olunur.

 

/Oxu.az/