Evin yaxınlığında…
Evin yaxınlığında…
Bir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.
O bildirib ki, A.İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.
Qeyd edək ki, A.İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verildikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.