Azərbaycanda bələdiyyə torpaqlarının alqı-satqısında yenilik

Azərbaycanda bələdiyyə torpaqlarının alqısı üzrə sifarişlərə baxılma müddətinin uzadılması təklif edilir. Trend-in məlumatına görə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında ” Əsasnaməyə dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb…

Azərbaycanda bələdiyyə torpaqlarının alqısı üzrə sifarişlərə baxılma müddətinin uzadılması təklif edilir. Trend-in məlumatına görə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında ” Əsasnaməyə dəyişikliklərin edilməsi ilə bağlı müvafiq qanun layihəsi cümə günü Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılıb.

 

Parlament komitəsinin sədri Arif Rəhimzadənin sözlərinə görə, təcrübə göstərir ki, hazırda sifarişlərə 5 gün ərzində baxılma müddəti kifayət etmir: “Səbəb ondan ibarətdir ki, zəruri prosedur və yoxlamalara bir çox hallarda xeyli vaxt tələb olunur. Buna görə də bu müddəti 15 günədək artırmaq məqsədəuyğun olardı “.

 

Digər dəyişiklik 23-cü maddənin yenidən redaktə edilməsini nəzərdə tutur. A.Rəhimzadə qeyd edib ki, ayrılan torpaqların dəyərinin qiymətləndirilməsi mexanizmini müəyyənləşdirən maddənin əvvəlki redaktəsi kifayət qədər konkret deyildi və ikili məna verirdi: “Yeni redaktədə ayrılan sahənin dəyərinin müəyyənləşdirilməsi mexanizmi birbaşa və konkret göstərilib – əgər daha əvvəl hərrac qiyməti əsas götürülürdüsə, gələcəkdə torpağın dəyəri torpağa görə 3 ən yüksək hərrac qiymətinin orta qiyməti əsasında müəyyənləşdiriləcək “.

 

Müzakirələrin yekunu olaraq qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasın tövsiyə edilib./Trend/