Azərbaycanda yolların işıqlandırılmasında alternativ enerjidən istifadə olunacaq

“Stansiyaların ümumi həcmi 10 meqavat olacaq”…

“Stansiyaların ümumi həcmi 10 meqavat olacaq”.

Azərbaycanda yolların işıqlandırılmasında ölkədə istehsal olunan alternativ enerjidən istifadə olunacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

“Hazırda Azərbaycan yolları layihəsi içərisində ən önəmli yeri Sumqayıt şəhərinin çıxacağında 2,8 meqavatlıq stansiya və Qaradağ rayonu ərazisində Sahil və Səngəçal stansiyaları tutur. Bu stansiyaların ümumi həcmi 10 meqavat olacaq. Bu istiqamətdə işlər davam edir. Sumqayıt Günəş istilik stansiyası demək olar ki, tamamlanır. Qaradağ rayonunda isə panellərin düzülmə prosesi davam edir. Üç ay müddətinə biz bu stansiyaları tamamlayıb, “Azərenerji”nin şəbəkəsinə qoşula biləcəyik”, – deyə A. Bədəlov bildirib.

Onun sözlərinə görə, bu stansiyalarda istehsal olunan enerji birbaşa Bakı-Qaradağ istiqamətində Gəncə, Lənkəran və Sumqayıt, Bakı-Xaçmaz istiqamətində yolların işıqlandırılmasına yönəldiləcək.

Qeyd edək ki, yay aylarında Suraxanıda istifadəyə verilən stansiyasında istehsal olunan enerji hesabına Bakı ətrafı magistral yollar işıqlandırılır.

www.oxu.az