Azərbaycan Ordusunda intiharlar davam edir

Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb…

Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri intihar edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, F.Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

www.oxu.az