Təşkilata qəbul olmaq üzrə müraciətlərin baxılması müzakirə olunub…
Təşkilata qəbul olmaq üzrə müraciətlərin baxılması müzakirə olunub.
Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusu ala bilərlər.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ŞƏT üzrə həmkarları ilə görüşdə deyib.
“Biz Hindistan, İran və Pakistanın təşkilata qəbulu, həmçinin Belarusa müşahidəçi statusu, Azərbaycan və Ermənistana isə dialoq üzrə tərəfdaş statusunun təqdim olunması ilə bağlı müraciətlərə baxılmasını müzakirə etdik. Fikirlərimiz ŞƏT dövlət başçılarının diqqətinə çatdırılacaq”, – Patruşev bildirib.
Qeyd edək ki, cari ilin fevralında ŞƏT-in baş kativi Dmitri Mizentsev bildirmişdi ki, Azərbaycan ŞƏT-də müşahidəçi statusunun alınması üçün təşkilata müraciət edib.
www.oxu.az