Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi azalır

“Sakstat” məlumat yayıb….

“Sakstat” məlumat yayıb.

2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 2015-ci ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana ixracın həcmi 51,5% (124 milyon dollar) azalaraq 117 milyon dollar olub, bu, Gürcüstanın ümumi ixracının 13,2%-dir.  

Oxu.Az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli statistik xidməti “Sakstat” bildirib.

2015-ci ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 37,9 milyon dollarlıq minik avtomobili ixrac edilib, bu isə 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 83,8 milyon dollar azdır. Hesabat dövrü üçün Azərbaycana 5 milyon dollarlıq armatur gətirilib, bu isə 2014-cü ilin yanvar-may ayları üçün olan məbləğdən 25 milyon dollar azdır.

Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana olan idxalın həcminin azalması qeydə alınıb. 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 2015-ci ilin həmin dövrü üçün Azərbaycandan Gürcüstana olan idxalın həcmi 5,5% azalaraq 244 milyon dollardan ibarət olub, bu isə Gürcüstana olan idxalın 8%-dir.

Neft qazlarının və təbii qazın idxalı bu dövr üçün 713 min ton, 147,5 milyon dollar məbləğindədir, bu isə 2014-cü ilin yanvar-may ayları üçün olan məbləğdən 5 milyon dollar çoxdur. Hesabat dövrü üçün Azərbaycandan Gürcüstana 59 milyon dollar məbləğində 112 min ton neft və neft malları göndərilib, bu isə 2014-cü ilin yanvar-may ayları üçün olan göstəricidən 21,1 milyon dollar azdır. Hesabat dövrü ərzində elektrik enerjisinin idxalı 7,1 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin yanvar-may ayı üçün olan göstəricidən 5,4 milyon dollar çoxdur.

2015-ci ilin yanvar-may ayı ərzində Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ikinci yeri tutur. Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi 2015-ci ilin yanvar-may ayı üçün 360,4 milyon dollardan çox olub, bu isə 2014-cü ilin yanvar-may ayı üçün olan göstəricidən 34% azdır. Azərbaycan ilə ticarət dövriyyəsi, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 9,2%-idir.

www.oxu.az