Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2015-ci il üçün Əməkdaşlıq Planı imzalanacaq

Oktyabrın 13-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək…

Oktyabrın 13-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

 

/Trend/