Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmanı yeniləyir

Qurum bir neçə gəmi alıb…

Qurum bir neçə gəmi alıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC donanmanın yenilənməsi işinə başlayıb.

Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, gəmiçiliyin məlumatına görə, Sinqapurun “Pacc Offshore Services Holding Ltd” şirkətinin istehsalı olan 210 güclü buksir gəmisi əldə edib.

“Lənkəran” adını alan gəmi Xəzərin Azərbaycan sektorunda, o cümlədən Şah-Dəniz və Abşeron, Şəfəq-Asiman blokunda işlər üçün istifadə ediləcək.

Paralel olaraq Rusiyadan “Üzeyir Hacıbəyov” adını alan gəmi əldə edilib. Onun həcmi 5,490 tondur. Gəmi Qara və Aralıq dəniz akvatoriyasında istifadə ediləcək.

www.oxu.az