Azərbaycana aşiq litvalı qızlar

“Matəm günlərini xatırlayırıq”…

“Matəm günlərini xatırlayırıq”
Bu iki litvalı qız Azərbaycanı öz vətənləri qədər sevir. Bu qızlar Azərbaycanın mədəniyyətini qiymətləndirir və hər şeydən əvvəl öz ölkə sakinlərini bütün bunlarla tanış edirlər

 

Kiçik yaşlarından Melli və Nelli Sabirovalar Azərbaycana baş çəkməyi, Azərbaycan mədəniyyətini gözləri ilə görməyi arzu edir. Onlar ölkəmizin tarixini öyrənmək fikrindədirlər.

Qızların sözlərinə görə, onların Azərbaycana marağı 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsindən sonra yaranıb.

“Biz Azərbaycanla 2012-ci ildə “Eurovision”dan sonra maraqlandıq. Bu ölkə haqqında daha çox şeylər öyrənməyə başladıq. Azərbaycan dilini öyrənməyə başladıq və bu günə kimi öyrənirik. Azərbaycanda keçirilən bayramları biz də qeyd edirik və Azərbaycanın matəm günlərini xatırlayırıq, Azərbaycanla bağlı fotosessiyalarda iştirak edirik”, – deyə, Nelli və Melli Sabirovalar bildirir. (anspress)

 

/Bizim yol/