Azərbaycana avtomobil idxalında kəskin azalma

Sentyabr ayı ərzində ölkəmizə 4 708 nəqliyyat vasitəsi gətirilib…

Sentyabr ayı ərzində ölkəmizə 4 708 nəqliyyat vasitəsi gətirilib.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin cari ilin doqquz ayına dair hesabatında məlumat verilib.

DGK-nın hesabatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 27 518 ədəd və 36,5% azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 244 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 43 496 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 946 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 298 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.


www.oxu.az