Azərbaycanda hər doğulan uşağa görə 100 manat verilə bilər

“Uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”…

“Uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”.

Hazırda yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir. Bu məbləğ çox az olduğundan həmin məbləğ 60 manat müəyyənləşdirilsin.

Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin sosial siyasət komitəsinin iclasında, DSMF-nin 2015-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova çıxış edib.

Millət vəkili qeyd edib ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”.

Elmira Axundova həmçinin doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olardı”.

www.oxu.az