Azərbaycanda payızlıq bitkilərin əkin sahəsi azalıb

Dövlət Statistika Komitəsi məlumat yaydı…

Dövlət Statistika Komitəsi məlumat yaydı.

Dekabrın 1-də Azərbaycanda payızlıq bitkilərin əkin sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə 11,3% – 822,3 min hektara qədər azalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir.

Payızlıq bitkilərin əkin sahəsi 11,5% – 806,6 min hektara qədər, buğdanın əkin sahəsi 17,2% – 502,8 min hektara qədər, arpanın əkin sahəsi – 0,1% – 303,8 min hektara qədər azalıb.

Məlumatda qeyd olunur ki, payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.

www.oxu.az