Azərbaycandan İspaniyaya birbaşa aviareys açıla bilər

“Azərbaycan Hava Yolları” QSC məlumat yaydı…

“Azərbaycan Hava Yolları” QSC məlumat yaydı.

“Azərbaycan Hava Yolları” (AZAL) daim özünün uçuş coğrafiyasını genişləndirir.

Son illərdə alınan yeni təyyarələr uzaqməsafəli uçuşlar həyata keçirməyə imkan verir. Bu baxımdan İspaniyaya uçuşlar da “Azərbaycan Hava Yolları”nın perspektiv marşrutlar siyahısına daxildir. Lakin bu istiqamətdə uçuşların nə zaman başlanacağı barədə danışmaq hələ tezdir.

Oxu.Az xəbər verir ki, AzərTAc-ın məlumatına görə, bu sözləri “Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərlibildirib.

Onun sözlərinə görə, İspaniyaya uçuşlar “Azərbaycan Hava Yolları”nın perspektiv marşrutlar siyahısına daxildir.

Xatırladaq ki, bir müddət əvvəl İspaniyanın EFE xəbər agentliyi 2015-ci ildə Azərbaycan ilə İspaniya arasında birbaşa hava əlaqəsinin yaradılacağı barədə məlumat yaymışdı.

www.oxu.az