“Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə AŞPA-da qəbul edilib

“Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzə AŞPA-da qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının sessiyasında Militsa Markoviçin “Azərbaycanın cəbhəyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı məruzəsi qəbul edilib.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, məruzə üzrə əlavə və dəyişikliklər müzakirə olunaraq səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Erməni tərəfi hər cür vasitələrlə məruzənin məzmununu dəyişdirərək, sənədi öz xeyirlərinə yumşaltmağa çalışıblar.

 

Ancaq onların təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.

 

Sona yaxın Ermənistan nümayəndə heyətinin üzvü Armen Rustamyan hesabatın yenidən komitəyə qaytarılmasını təklif etsə də, nə komitə, nə də məruzəçi bu təklifi qəbul edib. Erməni tərəf hətta məruzənin hesabatın adını da dəyişməyə cəhd edib, amma bu cəhd də uğursuzluqla nəticələnib.

 

Sonda məruzə səsə qoyulub, 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.

 

Apa.az