Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı…
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırıldı.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə dəyişikliklər edilib.
Nizamnamənin 39-cu maddəsinə edilən dəyişikliyə görə, konsul Azərbaycan Respublikası ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
/Trend/