Azərbaycanda qaçqın və məcburi köçkünlərə verilən əlavə yemək xərcləri artırılacaq

Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin …Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, qaçqın və məcburi köçkünlərə verilən əlavə yemək xərcləri artırılacaq. “Qaçqın və məcburi köçkünlərin əlavə yemək xərcləri artırılarkən son dövrlər ərzaq məhsullarının qiymətində baş verən qiymət artımı nəzərə alınacaq” çərşənbə axşamı jurnalistlərə komitənin sədri Əli Həsənov bildirib.

Prezidentin 2006-cı il 19 dekabr tarixli sərəncamı ilə məcburi köçkünlərə yemək xərci üçün verilən müavinətin həcmi sonuncu dəfə 2007-ci il yanvarın 1-dən 50 faiz artırılaraq 9 manata çatdırılıb.

Son 4 ildə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması məqsədilə dövlət büdcəsindən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 383 milyon manat vəsait ayrılıb.

Həsənov deyib ki, qaçqın və məcburi köçkünlərə verilən yemək xərcinin artırılması yaxın vaxtlarda baş verəcək. Artımın hansı həcmdə olması prezidentin sərənəcamında əksini tapacaq.

Ermənistanın Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və ölkəsindən azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsində Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yerləşdirilib.


Trend