Bələdiyyə seçkiləri ilə əlaqədar informasiya sessiyalarına start verilir

Tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq…

Tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Azərbaycanda bu ilin dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, Avropa Şurası və Azərbaycanın 2014-2016-cı illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq dekabrın 5-dən etibarən informasiya sessiyalarına start verilir. Azərbaycan prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Avropa Şurasının Azərbaycandakı Ofisinin birgə layihəsi olan sessiyalar “Seçki prosesində yerli icra hakimiyyətləri və dairə seçki komissiyalarının səlahiyyət və vəzifələri” mövzusuna həsr olunub. 

İcra hakimiyyətlərinin başçıları və dairə seçki komissiyaları sədrlərinin iştirakı ilə həyata keçiriləcək tədbirlərdə mövzu ilə bağlı çıxışlar dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq. 

İnformasiya sessiyaları 2014-cü il dekabrın 5-də Şəmkirdə, dekabrın 6-da Şirvanda və dekabrın 8-də Bakıda keçiriləcək.

www.oxu.az