Bakı-Tbilisi-Ceyhan bahalaşır

Ötən il xərclər 75 milyon dollar təşkil edib…

Ötən il xərclər 75 milyon dollar təşkil edib.

 

2014-cü il üçün Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə əsaslı xərclərin 119 milyon dollar olması gözlənilir.

 

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin 2013-cü illə bağlı hesabatına deyilirdi.

 

Ötən il isə BTC üzrə əsaslı xərclərə 75 milyon dollar xərclənib.

 

Qeyd edək ki, hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəql olunması bərpa olunub.

 

BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir.

 

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

 

2013-cü il martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib.

 

/oxu.az/