Bakıdan Tbilisiyə turist qatarı yola düşəcək

“Azərbaycan Dəmir Yolları” QSC məlumat yaydı…

“Azərbaycan Dəmir Yolları” QSC məlumat yaydı.

“Azərbaycan Dəmir Yolları” QSC Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar yaranacaq sərnişin sıxlığını nəzərə alaraq Bakı-Tbilisi istiqamətində turist qatarı buraxacaq.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi deyib ki, dekabrın 29-dan 31-dək sərnişin sıxlığı gözlənildiyindən Sərnişindaşıma Departamenti hazırda ehtiyatda olan qatarlara texniki baxış keçirib. 

“Turist qatarına gəlincə isə o, Bakı-Böyük Kəsik istiqamətində getmək istəyən sərnişinlərə də xidmət edəcək. Bu qatarın qiymətində dəyişiklik olmayacaq. Qiymətlər Bakı-Tiflis qatarına olan qiymətlərlə eyni olacaq”, – deyə o bildirib.

www.oxu.az