Bakıya erməni yönlü konqresmenin gəliş tarixi açıqlandı

Səfər zamanı nümayəndə heyətinin Azərbaycan hökuməti ilə görüşü planlaşdırılır…

Səfər zamanı nümayəndə heyətinin Azərbaycan hökuməti ilə görüşü planlaşdırılır.

ABŞ konqresinin xarici əlaqələr Komitəsinin başçısı, erməni yönlü mövqeyi ilə məşhur olan, Ed Roysun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya 19-20 aprel tarixində gələcək. 

Oxu.Az 1news.az-a istinadən bildirir ki, Amerika səfirliyində bəyan edilənə görə, heyətin tərkibinə eləcə də Komitənin digər üzvləri – Elito Engel, Luis Frankel və Devid Sisilin daxildir.

Səfər zamanı nümayəndə heyətinin Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş planlayırlar.

Bakıya səfərdən sonra nümayəndə heyəti Kiyev və Yerevana yola düşəcəklər. 

Konqresmen Roys, Ermənistana dəstək qrupunun həmsədri, Konqres tərəfindən 1915-ci il “erməni soyqırımının” tanınması üçün uzun müddətdir ki, çıxış edir. O, həmçinin 1992-ci ildə azadlığa dəstək aktına edilən, Azərbaycanın hər hansı bir federal yardım almasını istisna edən 907-ci düzəlişin saxlanılmasının tərəfdarıdır.

Düzəlişin sayəsində Azərbaycan postsovet məkanında hər hansı bir yardımı ala bilmə imkanından məhrum olan yeganə ölkədir. Amma 2001-ci ildən etibarən Amerika prezidentinin sərəncamı ilə 907-ci düzəliş müvəqqəti olaraq dayandırılıb.

www.oxu.az