Bakıya gələcək erməni deputatların adları bilindi

Xəbər verdiyimiz kimi, 16-18 iyin tarixində Bakıda NATO-nun Rose-Roth seminarı keçiriləcək…

Xəbər verdiyimiz kimi, 16-18 iyin tarixində Bakıda NATO-nun Rose-Roth seminarı keçiriləcək. Tədbirdə Ermənistan nümayəndə heyətinin də iştirakı gözlənilir. 

Avropa.info-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, ermənilər tədbirə göndərəcəkləri deputatları müəyyən ediblər. Bunlar Koryan Naqepityan və Tevan Poqasiyandır.

Erməni mətbuatına açıqlama verən Naqepityan deyib ki, onlar rəsmi Bakı ilə təhlükəsizliklərinin təmin olunması üçün hələ də danışıqlarını davam etdirməkdədirlər. Naqepityanın sözlərinə görə, onların 15 iyinda Bakıya gəlməyi planlaşdırırlar.

/Avropa.info/