“Münaqişənin tənzimlənməsi üzrə dəstək missiyası ATƏT-in MQ-nın üzərinə düşür”…
“Münaqişənin tənzimlənməsi üzrə dəstək missiyası ATƏT-in MQ-nın üzərinə düşür”.
Əsas məsələ Dağlıq Qarabağa dair danışıqlarda ATƏT-in Minsk qrupunun roluna diqqət çəkməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Erməni-Belçika ticarət palatasının 10 illiyinə həsr edilmiş təntənəli tədbirdə erməni KİV ilə söhbət zamanı Belçikanın xarici işlər naziri Didye Reynders bildirib.
“İlk növbədə münaqişənin tənzimlənməsi üzrə dəstək missiyası ATƏT-in Minsk qrupunun üzərinə düşdüyünü unutmaq lazım deyil”, – o, əlavə edib.
Avropa İttifaqı Nazirlər Komitəsinin hal-hazırkı sədri, Qarabağ münaqişəsində öz məqsədi kimi Minsk qrupunun roluna diqqət cəlb etməyi, AŞPA, eləcə də İrəvan və Bakıdan nümayəndələr arasında müzakirələr atmosferinin yaradılması olduğunu bildirib.
“Hərbi həll yoxdur, qərar ATƏT-in Minsk qrupu çərçivəsində siyasi yol ilə qəbul edilməlidir”, – Reynders yekunlaşdırıb.