“Münaqişə Minsk qrupu çərçivəsində həll olunmalıdır”…
“Münaqişə Minsk qrupu çərçivəsində həll olunmalıdır”.
Biz qonşu ölkə ilə (Ermənistan – red.) Dağlıq Qarabağın işğalını müzakirə etdik, çünki qoşunların təmas xəttində yaranan insidentlərdən çox narahatıq və biz Azərbaycan və Ermənistan arasında danışıqlarda hər hansı irəliləyiş görməkdən çox şad olardıq.
Oxu.Az xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Didye Reynders azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə bildirib.
Didye Reyndersin sözlərinə görə, münaqişə yalnız ATƏT-in Minsk qrupu çərçivəsində həll oluna bilər.
İkitərəfli münasibətlərdən danışan D.Reynders bəyan edib ki, məcburi köçkünləri ziyarət etməkdə çox maraqlıdır.
“Bu, mənim ölkəyə ilk səfərimdir və mən bilirəm ki, burada Ermənistan və Dağlıq Qarabağdan gəlmiş1 milyon məcburi köçkün var. Mən çox şey görmüşəm və əminəm ki, həmin yerlərlə getmək və problemin böyüklüyü barədə təsəvvürə malik olmaq çox vacibdir, çünki Avropa qitəsinə az sayda qaçqın axını qeydə alındıqda, bizdə daim qızğın müzakirələr başlayır.
Sizin bir milyon məcburi köçkününüz var və mən başa düşürəm ki, bu, tamamilə başqa vəziyyətdir”.