Belkovski: Ukraynadan sonra Putin Qarabağa keçəcək

“Putinin ambisiyaları çox uzağa gedir…”…

“Putinin ambisiyaları çox uzağa gedir…”.

Rusiya prezidenti Vladimir Putin Ukraynada maksimum planını həyata keçirdikdən sonra o, növbəti fəthlərə doğru irəliləyərək, artıq Baltikyanı və Qarabağa keçəcək.

Oxu.Az Gordonua.com-a istinadən bildirir ki, bu haqda məşhur rus politoloq, sosioloq və publisist Stanislav Belkovski deyib.

“Maksimum planından sonra Putin Ukraynanı rahat buraxaraq Baltikyanı, Qarabağ və digər regionlara doğru gedəcək. Putin çəkməsinin “qalib” addımları davam edəcək, bu Rusiyada iqtisadi böhran və ya başqa bir dağıntı baş verməyincə dayanmayacaq” , – Belkovski deyib.

Ukraynaya gəldikdə isə, politoloqun fikrincə Putin ölkənin cənubi-şərqində tam nəzarət yaratmalı, onu Qara dəniz hövzəsindən tamamən ayırmalı və Nesteryanı Kiyev hakimiyyəti tərəfindən müstəqil olaraq tanınmasına nail olmalıdır.

“Putinin maksimum proqramı – Donesk və Nesteryanı arasında bufer dövlətlər sistemi yaratmaqdır. Bu sistemə Rusiyanı Nesteryanıdan ayıran bütün Ukrayna vilayətləri, yəni Donesk, Luqansk, Zaporojsk, Xersonsk, Nikolayevsk və Odessa daxil olmalıdır. Putin Ukraynanı Qara dənizdən ayıraraq, Qara dəniz hövzəsində Rusiyanın tam nəzarətini təmin edəcək” – Belkovski əmindir.

Politoloqun sözlərinə görə, əgər 25 may prezident seçkilərində Kremli qane edən namizəd: məsələn, sabiq baş nazir Yuliya Timoşenko qalib gələrsə belə Putin öz planlarından imtina etməyəcək.

“Putin real olaraq Ukraynanın cənubi-şərqinə nəzarət etmək, Krımın anneksiyasının rəsmi tanınmasını təmin etmək və Nesteryanının müstəqilliyinin rəsmi tanınmasını istəyir. Bu, onun Ukraynaya aid olan məqsədidir. Amma o, hesab edir ki, bütün Ukrayna siyasətçiləri arasında yalnız Timoşenko ilə danışıqlar aparmaq olar. Onun Ukraynada prezident olması üçün Putin öz planından geri çəkilməyə belə hazırdır – geri çəkilməyə, əsaslı şəkildə dəyişməyə yox. Putinin ambisiyaları Ukraynadan çox uzağa gedir”, – Belkovski sözünü yekunlaşdırıb. 

www.oxu.az