22 iyul 2008-ci il, Ağdamın işğalının ildönümündən bir gün əvvəl «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyi
«15 il erməni əsarətində olan Ağdam» mövzusunda Dəyirmi Masanın iştirakçıları Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edərək, onları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqların, o cümlədən Ağdam və Ağdərə rayonlarının Ermənistanın silahlı qüvvələrindən azad olunması, Ermənistan-Azərbaycan münaqişəsi zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması, itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsi üçün konkret tədbirlər görməyə çağırırlar.