“Regionda gərginlik artıb”…
“Regionda gərginlik artıb”.
Postsovet məkanında neft hasilatı üzrə üçüncü ölkə olan Azərbaycan neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, gələn ildən etibarən qonşu Ermənistan ilə gərgin münasibətlər üzündən hərbi xərcləri dörddə bir dəfə artırmağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazır.
“Azərbaycanın müdafiə xərcləri 27% – 3,8 milyard manatadək (4,8 milyard dollar) artaraq, Ermənistanın 3,2 milyard dollar olan büdcəsini ötəcək.
Azərbaycanın Silahlı Qüvvələrinin yaxşı təchizata ehtiyacı var, belə ki, Ermənistan beynəlxalq hüququ pozaraq, öz işğalçı siyasətinə davam edir”, – mətbu orqan Azərbaycanın maliyyə naziri Samir Şərifovdan sitat gətirir.
Ermənistan, SSRİ-nin süqutunun ardınca başlanan müharibə zamanı Azərbaycanın ərazisinin bir hissəsini – Dağlıq Qarabağ və ona yaxın yeddi rayonu işğal edib. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilənədək, qarşıdurma zamanı 30 000-dən çox adam həlak olub, 1,2 milyondan çox insan qaçqına çevrilib, Bloomberg yazır.
“Regionda gərginlik keçən həftə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni helikopterinin vurulmasından sonra artıb. Üç ekipaj həlak olub. Bu, münaqişə zonasında son 20 ildə ilk helikopter vurulması hadisəsi olub. Ermənistan cavab tədbirləri görəcəyini vəd edib.
Buna qədər cari ilin avqust ayında cəbhə xəttində gərginliyin yaranması nəticəsində hər iki tərəfdən 20-dən çox adam həlak olub.
BP və partnyorları tərəfindən 50 milyardlıq investisya ilə dəstəklənən enerji layihələrin sahibi olan Azərbaycan Fransa, Rusiya və ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqları uğurla nəticələnmədiyi təqdirdə hərbi qüvvə tətbiq edəcəyini vəd edib”, – nəşr qeyd edib.
Beləliklə, Azərbaycan öz ordusunun təchiz edilməsi üçün 3,8 milyard dollar xərcləmək niyyətindədir, 2013-cü ildə bu məbləğ 3,6 milyard, 2012-ci ildə isə 3 milyarddan ibarət olub:
“Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev son üç ayda iki dəfə erməni həmkarı Serj Sarkisyan ilə görüşsələr də, problemi həll etməyə müvəffəq olmayıblar”.