Bu il ərzində Azərbaycanda orta əmək haqqı 6% artıb

Özəl bölmədə orta əmək haqqı 565,5 manat təşkil edib…

Özəl bölmədə orta əmək haqqı 565,5 manat təşkil edib.

2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 440,9 manat təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Sənaye, tikinti, nəqliyyat və s. sahələrdə işləyənlərin əmək haqqı daha yüksək olub və yanvar-avqust ayları ərzində sənayedə çalışanların orta aylıq əmək haqqı 703,7 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 627,2 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 541,3 manat, informasiya və rabitə sektorunda isə 720,5 manat təşkil edib.

Orta əmək haqqı neft sektorunda 1746,3 manat, qeyri-neft sektorunda 407,9 manat, dövlət bölməsində 356,3 manat, özəl bölmədə 565,5 manat təşkil edib”, – məlumatda deyilir.

www.oxu.az