Bütün dünya bu şəkildən danışır

“Bizim ən gənc əsirimiz”…

 

“Bizim ən gənc əsirimiz”.

Bütün dünyanın diqqətini çəkən fotoşəkildə körpəni bir qrup silahlılar mühasirəyə alıb. Heç nəyi dərk etməyən bu körpə ona tərəf uzanan silahlara baxır. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Azad Suriya Ordusu” adlı silahlı qruplaşma tərəfindən sosial şəbəkədə paylaşılan bu fotoşəkilin altında “bizim ən gənc əsirimiz” yazılıb.

Türkiyə sərhədinə yaxın Kəssab məntəqəsində çəkildiyi təxmin edilən foto sosial şəbəkədə paylaşıldığı andan etibarən saysız reaksiya və şərhlərlə qarşılanıb.

Fotoşəkildəki körpənin vəziyyəti ilə əlaqədar hazırda heç bir məlumat yoxdur.

www.oxu.az