Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı birləşmələri mövqelərimizi atəşə tutublar…

Erməni silahlı birləşmələri mövqelərimizi atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

/Trend/