Cəbhədən son xəbər

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az