Cəbhədən xəbər var

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Ermənistan ordusu atəşkəs rejimini yenə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. 

Məlumata görə, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri, Füzuli rayonunun Horadiz şəhəri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az