Cəbhədən son xəbər

Düşmən cavab atəşi ilə susdurulub…

Düşmən cavab atəşi ilə susdurulub.

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub.

Oxu.Az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, ermənilər Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az