Cəbhədən xəbər var

Mövqelərimiz atəşə tutulub…

Mövqelərimiz atəşə tutulub.

Erməni silahlı bölmələri atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Novruzlu, Baş Qərvənd, Kəngərli, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

www.oxu.az