Çin Amerikanı işıqsız qoya bilər

Kompüter sistemlərində virus və gizli haker proqramları aşkar edilib…

Kompüter sistemlərində virus və gizli haker proqramları aşkar edilib.

Çin və digər bir neçə ölkə Amerikanı elektrik enerjisilə təmin edən əsas elektrik şəbəkələrinin fəaliyyətini haker hücumları vasitəsilə dayandıra bilər.

Bunu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) sədri admiral Maykl Rocers müsahibəsində bildirib. Paralel olaraq ABŞ-ın kiber komandanlığına da rəhbərlik edən M.Rocersin sözlərinə görə, bütün amerikalıların gündəlik həyatına təsir edən kompüter sistemlərində Çin və digər ölkələrə məxsus virus və gizli haker proqramları aşkar edilib.

“Bu casusluq proqramları onlara infrastrukturumuzun ən həssas hissələrini söndürmək imkanı verir”. – M.Rocers kəşfiyayt komitəsinə ifadə verərkən deyib.

Onun sözlərinə görə, bu addımlar bəzi dövlətlər tərəfindən ABŞ-ın kiber sisteminə müdaxilə meyillərindən irəli gəlir. (interaz)

www.oxu.az