Çin separatçı Dağlıq Qarabağ rejimini tanıması barədə məlumatı təkzib etdi (ƏLAVƏ OLUNUB)

Çin guya Pekinin BMT Təhlükəsizlik Şurasına separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qətnamə təqdim etməsi barədə KİV-lərin yaydığı məlumatı yalan adlandırıb…

Çin guya Pekinin BMT Təhlükəsizlik Şurasına separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qətnamə təqdim etməsi barədə KİV-lərin yaydığı məlumatı yalan adlandırıb.

Çinin Bakıdakı səfirliyi ölkənin rəsmi mövqeyini Azərbaycan tərəfinin sorğusunu cavablandırarkən izah edib. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Rusiya mətbuatının yaydığı məlumatda bildirilirdi ki, guya Çinin Baş naziri “Twitter” səhifəsində yazıb: “Əgər ABŞ, Fransa və Rusiya Çinin separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qətnaməsini dəstəkləsə, o, müstəqil ölkə olacaq və BMT-yə daxil olacaq”.

H.Hacıyev qeyd edib ki, bu məlumat erməni təbliğatçılarının növbəti mənasız şousudur.

Azərbaycan XİN ölkəmizin Çindəki səfirliyinə Rusiya KİV-lərinin məlumatını bu ölkənin Xarici İşlər Nazirliyinin diqqətinə çatdırmağı tapşırıb.

Qeyd edək ki, Çində sosial şəbəkələrə giriş qadağandır.

 

/Trend/